“Haber Global”: “Azərbaycan dini liderinin absurd açıqlamasına reaksiyalar artmaqda davam edir” - VİDEO

“Haber Global”: “Azərbaycan dini liderinin absurd açıqlamasına reaksiyalar artmaqda davam edir” - VİDEO
SOSİAL
12:46 26.07.2021
2727

"Şəhidlərin, qazilərin qanı ilə Qarabağda qazanılan zəfərə bütün dünya şahid oldu. Bu zəfərdə Azərbaycanın yanında Türkiyə var idi. Azərbaycanın digər qonşusu İran isə tam əks mövqe nümayiş etdirmişdi. İndi isə heyrətləndirici bir vəziyyət yaranıb. Azərbaycanın Qafqaz Müsəlmanları İdarəsinin sədri hər şeyi unudaraq İrana təşəkkür edib. Azərbaycan xalqı isə buna kəskin reaksiya verib”.

Bu fikirlər Türkiyənin "Haber Global” televiziyasının Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qalmaqal doğuran "İrana təşəkkür” açıqlaması barədə hazırladığı süjetdə səsləndirilib.

Materialda Allahşükür Paşazadənin açıqlaması absurd adlandırılıb və bir çox faktlarla sübuta yetirilib. Sual olunur ki, Azərbaycan əsgərinin cəbhədə qanı, canı ilə qazandığı zəfərə ermənipərəst İran necə olur ki, şərik göstərilir?

Ümumiyyətlə, şeyxin bəhs etdiyi fətva barədə heç bir yerdə məlumat olmadığı vurğulanan materialda yalnız noyabrın 4-də İran Prezidenti Həsən Ruhaninin iş işdən keçəndən sonra, müharibədə qalib və məğlub bəlli olduqdan sonra Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən açıqlama verdiyi vurğulanıb.

Şeyxin xalqı, dövləti və Prezidenti ilə Azərbaycanın yanında dayanan Türkiyəni İranla tərəzinin eyni gözünə qoymaq cəhdinə Azərbaycan xalqının kəskin reaksiya verdiyi bildirilən süjetdə Tehranın uzun illər apardığı ermənipərəst siyasət ifşa olunur. İran tərəfindən işğal illərində Qarabağdakı separatçılarla iqtisadi əlaqə quran şirkətlərin, maliyyə əməliyyatları aparan bankların siyahıları təqdim olunub.

Müharibə dövründə İranın açıq-aşkar Ermənistana silah yardımı məsələsi də diqqətdən yayınmayıb. Tehranın bu məkrli oyunlarına Cənubi Azərbaycanda yaşayan soydaşlarımız qarşı çıxıb.

Süjetdə həmçinin İranın Şuşadakı məscidin restavrasiyasını təşkil etməklə orada Azərbaycan izlərinin silinməsinə çalışdığı, məscidin farslaşdırılmağa çalışıldığı vurğulanır.

Belə ki, müsəlman məscidlərinin dağıdılmasına, heyvan saxlanılmasına qarşı çıxmayan, bu barədə bir dəfə belə kəskin açıqlama verməyən İran Şuşada məscidin restavrasiyası zamanı xüsusi canfəşanlıq nümayiş etdirib.

Toxunulan ən mühüm məqamlardan biri isə Şeyxin həmin məsciddə məhz İranın ali dini liderinin nümayəndəsinin arxasında namaz qılmasıdır.

Bütün bunlardan əlavə "Haber Global” süjet boyu şeyxin qərəzli yanaşması və absurd açıqlamasını ifşa etməklə yanaşı, həm də Allahşükür Paşazadənin fikirlərinin Azərbaycan xalqının mövqeyini ifadə etmədiyini, xalqın onun bu çıxışına qarşı qəzəbli olduğunu vurğulayır.

Sonda isə ölkəmizdə bir çox insanın haqlı olaraq 72 yaşlı Allahşükür Paşazadənin təqaüd yaşının çatdığını düşündüyü qeyd olunur.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
11:38 15.09.2025
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
11:36 15.09.2025
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
11:34 15.09.2025
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR