AZXEBER.COM xəbər verir ki, Türkiyənin "Haber Global" telekanalı bu barədə süjet hazırlayıb. Telekanalın yayımladığı videosüjetdə Azərbaycan və BƏƏ hərbçilərinin əməliyyat-taktiki təlimindən görüntülər əksini tapıb.
Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin təlimləri yerindəcə izlədiyini vurğulanıb.
Həmçinin qeyd olunub ki, birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar uğurla yerinə yetirilib.










































