Bu barədə Türkiyənin "Haber Global” kanalı xəbər verib.
Məlumata görə, görüş yerli vaxtla saat 18:00-a (Bakı vaxtı ilə 19:00-a) planlaşdırılan ziyafətdən əvvəl olacaq.
Görüşdə Ermənistanın Kəlbəcər istiqamətində təxribatçı addımları və Azərbaycanın buna cavabı, enerji məsələləri, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan qazının Türkiyə üzərindən Avropa ölkələrinə çatdırılması və sair məsələlər müzakirə ediləcək.