“Haber Global”: Paşinyan Qarabağ müharibəsində Rusiyadan dəstək ala bilmədiyi üçün qəzəblənib

“Haber Global”: Paşinyan Qarabağ müharibəsində Rusiyadan dəstək ala bilmədiyi üçün qəzəblənib
SİYASƏT
15:46 09.01.2025
312
Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsində Rusiyadan dəstək ala bilmədiyi üçün qəzəblənib.

Bu fikirlər türkiyəli araşdırmaçı-jurnalist Emre Öztürkün "Haber Global” platformasında Ermənistan rəhbərliyinin son dövrlərdəki diplomatik məğlubiyyətləri barəsində yazdığı geniş araşdırma məqaləsində yer alıb.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Suriyadakı Əsəd rejiminə dəstəyini və son aylarda baş verən nəticələrdən sonrakı məğlubiyyəti məsələsinə toxunub.

"Avropa İttifaqına yaxınlığı ilə tanınan "EU Reporter” nəşri Ermənistanın uzun illər Suriyada Bəşər Əsədi dəstəklədiyini, lakin rejimin devrilməsi ilə diplomatik çərçivədə Türkiyəyə uduzan ölkəyə çevrildiyini yazıb. Təhlildə həmçinin qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Əsədi dəstəkləməsi onun avropapərəst və qərbyönlü ritorikasına ziddir”, - o yazıb.

Emre Öztürkün sözlərinə görə, Azərbaycan və Türkiyənin birliyi qarşısında parçalanma həddinə çatan Ermənistan çətin günlər yaşayır:

"Adıçəkilən təhlil məqaləsində Nikol Paşinyanın 2020-ci ildə baş verən həlledici diplomatik və hərbi əməliyyatlarla başa çatan İkinci Qarabağ müharibəsində Rusiyadan dəstək ala bilmədiyi üçün qəzəbləndiyi bildirilib”.

Məqalədə 2023-cü ilin dekabrında keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında İrəvanın Moskva ilə bütün əlaqələri kəsmək qərarına gəlməsinə də toxunulub.


"Ermənistan rəhbərliyi Ticarətdə Avropa Birliyi ölkələrinə, hərbi idxal sektorunda isə Yunanıstan, Hindistan və Fransa kimi ölkələrə üz tutub. Bu müddət ərzində Ermənistan Rusiyanın üstünlük təşkil etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyalarında iştirak etməyib. Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi və Ukraynaya siyasi dəstək verməsi ilə bağlı Moskvada da gərginlik artıb”.

Araşdırmaçı-jurnalist ABŞ və Aİ-nin rəsmi hesabatlarına istinad edərək Ermənistan-İran münasibətlərinə də diqqət çəkib.

"Ermənistan Qərbin Tehrana qarşı qoyduğu embarqoları həyata keçirmir. İrəvanın Tehranı dəstəkləyən sözlərinin ABŞ-da da ciddi reaksiya ilə qarşılandığını deyən Aİ rəsmiləri Ermənistanın "ikili diplomatiyası” səbəbindən Cənubi Qafqazda sülh prosesinə mənfi təsir göstərdiyi qənaətindədirlər”.

Türkiyəli jurnalist Brüsel mənbələrinə əsaslanaraq İrəvanın Avropaya tam inteqrasiyaya nail olmaq üçün beş mühüm addım atmalı olduğunu diqqətə çatdırıb.

 

"İrəvanın KTMT-dən rəsmən çıxacağı gözlənilsə də, onun Avrasiya İqtisadi İttifaqından çıxması və 2013-cü il Avropa İttifaqı Assosiasiyası Sazişini imzalaması da düşünülür. ABŞ və Aİ həmçinin İrəvandan embarqo qoyulmuş strateji malların Qərbdən Rusiyaya cəbhə şirkətləri vasitəsilə daşınmasına son qoymağı tələb edir. Paşinyanın Rusiyanın Ukraynaya təcavüzünü pisləməsi gözlənildiyi halda, həmçinin İranla strateji tərəfdaşlığa son qoyulması tələb olunur”, - məqalədə vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
"Eyyub və Brilliantın repertuarı bizi toy bazarına saldı" - Elçin
16:38 31.07.2025
"Eyyub və Brilliantın repertuarı bizi toy bazarına saldı" - Elçin