Hacı Məmmədov MTN-dən nə xahiş edib?

MARAQLI
07:45 30.04.2011
1998

Hüquq müdafiəçisi monitorinqdən sonra milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşdüyün qeyd edib: “Eldar Mahmudovla insan hüquqları və azadlıqları mövzusunda söhbətimiz oldu. Fikir mübadiləsi apardıq. Nazir mənim bütün suallarıma cavab verdi. Mən Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə də maraqlandım. Eldar Mahmudov mənə bildirdi ki, Hacı Məmmədovun barəsində bəzi araşdırmalar hələ də davam etdirilir. Hacı Məmmədov Eldar Mahmudova məktub yazaraq xahiş edib ki, təhlükəsizliyini qorumaq üçün onu nazirliyin istintaq təcridxanasında saxlasınlar”.

 

OXŞAR XƏBƏRLƏR