Hacı Əli Behiştinin ittihamı məlum oldu - DÖVLƏTƏ XƏYANƏT

Hacı Əli Behiştinin ittihamı məlum oldu - DÖVLƏTƏ XƏYANƏT
SOSİAL
11:46 11.04.2023
2429
Bir neçə gün əvvəl tanınmış ruhani Hacı Əli Behiştinin saxlanılması barədə xəbər vermişdik. 

AZXEBER.COM xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, artıq ona ittiham elan olunub və barəsindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 
Ətraflı

Hacı Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur. 
OXŞAR XƏBƏRLƏR