Hacı Əliyev Olimpiadaya lisenziya qazandı, finalda rəqibi ermənidir

Hacı Əliyev Olimpiadaya lisenziya qazandı, finalda rəqibi ermənidir
İDMAN
22:33 18.03.2021
696
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürüb.

Azərbaycan Güləş Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, ilk yarış günündə sərbəst güləşçilər Olimpiadaya lisenziya sahiblərini müəyyənləşdirəcək.

Hacı Əliyev startda Böyük Britaniya idmançısına tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi türkiyəli rəqibindən növbəti dəfə güclü olaraq yarımfinala yüksəlib. Moldova güləşçisinə də qalib gələn Hacı finala yüksəlməklə Olimpiadaya lisenziya əldə edib.
OXŞAR XƏBƏRLƏR