Hacı Əliyev və Məhəmmədrəsul Məcidova Prezidentin fərdi təqaüdü verildi

Hacı Əliyev və Məhəmmədrəsul Məcidova Prezidentin fərdi təqaüdü verildi
İDMAN
17:27 05.09.2017
2989

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə üçqat dünya çempionları Hacı Azər oğlu Əliyevə və Məhəmmədrəsul Yusupoviç Məcidova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

///azərtac
OXŞAR XƏBƏRLƏR