Hacı Mazan ağır qəzaya düşdü

Hacı Mazan ağır qəzaya düşdü
SOSİAL
11:40 02.07.2019
6427

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un Virtualaz.org-a istinadən məlumatına görə, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”inin qəzaya uğraması nəticəsində özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin "Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

***

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hacı Mazan hazırda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında reanimasiyadadır.

Onun yanına heç kəs buraxılmır və bu saatlarda xüsusi təcili yardım avtomobili ilə Bakıya gətiriləcəyi gözlənilir.

***

İş adamı çənə, bud nahiyyələrindən ciddi sınıq xəsarətləri alıb. 

Hadisə isə Bakı-Astara yolunda, Biləsuvar ərazisindəki körpünün yaxınlığında baş verib.

***

Hacı Mazan bu dəqiqələrdə xüsusi təcili yardım maşını ilə Bakıya göndərilib.


 

OXŞAR XƏBƏRLƏR