Hacı Mazanın obyektində faciə: Elektrik işləyən şəxs öldü

Hacı Mazanın obyektində faciə: Elektrik işləyən şəxs öldü
SOSİAL
13:04 18.07.2017
1171

 

Masallının Yeddi Oymaq kəndində ölüm hadisəsi baş vermiş asfalt zavodu "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsusdur.

"Report"un xəbərinə görə, zavodda elektrik vəzifəsində işləyən Yardımlı rayon sakini 1958-ci il təvəllüdlü Əfsər Hüseynov yüksəklikdə işləyən zaman halı pisləşib və bunkerə yıxılıb. Ağır bədən xəsarətləri alan Ə.Hüseynov xəstənaya aparılarkən yolda dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR