Hacı Mazanın vəziyyəti necədir? - Nazirlikdən açıqlama

Hacı Mazanın vəziyyəti necədir? - Nazirlikdən açıqlama
SOSİAL
12:12 02.07.2019
5152

Səhiyyə Nazirliyi bu gün qəzaya düşən iş adamı Hacı Mazanın səhhəti ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo”ya bildirilib ki, Hacı Mazan sağ budun sınığı və qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Xəstə yaxınları öz istəkləri ilə onu xəstəxanadan çıxararaq paytaxt xəstəxanalarından birinə aparıblar.

OXŞAR XƏBƏRLƏR