Hacı Məmmədov Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüldü

SOSİAL
15:54 02.05.2016
1740
Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilən, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun səhhətində problem yaranıb.
Bu barədə "Report"a vəkili Afət Qazıyeva məlumat verib.
Vəkil bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan H.Məmmədov səhhətində yaranan problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Hazırda H.Məmmədov orada həkim nəzarətində saxlanılır.
Qeyd edək ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-a keçən gecə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi "Qara kəmər" əməliyyatı zamanı tutulub. 2007-ci il yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H.Məmmədova və daha 26 nəfərə hökm oxunub. Onlardan H.Məmmədov və Z.Nəsirova ömürlük həbs cəzası verilib.

OXŞAR XƏBƏRLƏR