Hacı Məmmədovun dəstəsinin basqınlarında iştirakda təqsirləndirilən şəxsə hökm oxunub

Hacı Məmmədovun dəstəsinin basqınlarında iştirakda təqsirləndirilən şəxsə hökm oxunub
KRİMİNAL
11:50 29.07.2024
997
Silahlı qrup üzvü olmaqda, basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H.Fərzəliyevin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, təqsirləndirilən şəxs başqaları ilə birlikdə silahlı qrupun törətdiyi basqında iştirak edib. Təqsirləndirilən şəxs və digərləri iş üzrə zərərçəkmiş kimi tanınan Tofiq Bayramovu həyat və sağlamlıq üçün təhlükəli üsulla ona fiziki iztirab verməklə azadlıqdan məhrum edib. Təqsirləndirilən H. Zərbəliyev 1996-cı ildə Bakıda silahlı bandaya Səyyad Allahverdiyev, Qabil Ağayev, Afər Kərimov və başqaları ilə birlikdə üzv kimi daxil olub. Onun üzvü olduğu banda Tofiq Bayramova qarşı basqın edərək onu oğurlamaq və hədə-qorxu yolu ilə külli miqdarda əmlakını tələb etmək məqsədilə qurulub.

Qrup üzvləri Səyyad Allahverdiyev və Vidadi Əliyev Tofiq Bayramovun məşğuliyyəti, yaşayış yeri və maddi vəziyyəti barədə zəruri məlumatlar toplayıb. Buna görə də, təqsirləndirilən şəxs H. Zərbəliyev 1996-cı il avqust ayında Bakıda barın qarşısında Tofiq Bayramovun taksi kimi istifadə etdiyi avtomaşına Qabil Ağayev ilə əyləşib. Zərərçəkmiş şəxsdən "Montin” qəsəbəsinə sürməyi tələb edib.

Zərərçəkmişin idarə etdiyi avtomaşını "Qaratəkrarmetal” zavodunun qarşısındakı körpünün yaxınlığında saxlatdırıb. Bundan sonra Tofiq Bayramovun üzərinə bihuşedici vasitədən silah qismində istifadə etməklə basqın edib əllərini və gözlərini bağlayıb.

Daha sonra həmin yerdə zərərçəkmişi avtomaşından düşürüb. Orada gözləyən bandanın üzvü Afər Kərimovun köməkliyi ilə başqa avtomaşına zorla əyləşdirib. Zərəçəkmiş şəxs Novxanıda yerləşən bağ evində 13 gün əlləri və gözləri bağlı, çarpayıya bağlanış vəziyyətdə saxlanıb.

Banda üzvləri bu müddətdə zərərçəkmiş şəxsin həyat yoldaşı Qənimət Bayramova ilə telefon əlaqəsinə girib. Onlar Q. Bayramovanı Tofiq Bayramovu öldürəcəkləri ilə hədələyərək 300 min ABŞ dolları tələb edib. Bundan sonra zərərçəkmişi T. Bayramovu avqustun 16-da paytaxtın Sabunçu rayonu Kürdəxanı kəndində azad ediblər.

Təqsirləndirilən şəxs özünü təqsirli bilməddiyini deyib. O, Hacı Məmmədovla, onun dəstəsi ilə əlaqəsinin olmadığını bildirib, qeyd edib ki, 1996-2023-cü illərdə Rusiyada yaşayıb və ötən il orada saxlanılıb.

H.Zərbəliyevə Cinayət Məcəlləsinin 217.2-ci (Banditizm - sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsiləndirilən şəxsin Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəza almış Hacı Məmmədovla əlaqəsinin olduğu bildirilir.
 
 
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda