Hacı Şahinin qızı “Məşədi Dadaş”ı tərk etdi: "Yetimlər indi lap yurdsuz-yuvasız qaldı"

Hacı Şahinin qızı “Məşədi Dadaş”ı tərk etdi: "Yetimlər indi lap yurdsuz-yuvasız qaldı"
SOSİAL
15:56 12.05.2023
1804
"Uşaqlığımın, gəncliyimin, bütün xoş xatirələrimin üzünə qapını bağlayıb çıxdıq bu gün”.

 AZXEBER.COM xəbər verir ki, bu sözləri mərhum ilahiyyatçı, "Məşədi Dadaş" məscidinin sabiq axundu Hacı Şahin Həsənlinin qızı bildirib. 

"Ürəyimdə deyilməli sözüm çoxdur, amma bəzən sözlər də hissləri ifadə etməyə kifayət etmir. Məni yetişdirən bu məscid o qədər doğma və əzizdir ki...
Hələ çox uşaq vaxtımdan məsciddəki məclislərə necə həvəslə getdiyim vaxtlar, yaşımız az olduğu üçün xütbələri dərk etməsək də, çox böyük şövqlə əzadarlıq etdiyimiz günlər dünən kimi yadımdadır. 

Ömrümdə ilk İmam Hüseyn məclisinə o məsciddə getmişəm, Qədr gecələrində ilk dəfə "bikə ya Allah"ı orada demişəm... İlk öncə Allaha, daha sonra isə valideyinlərimə bütün bu gözəllikləri mənə yaşatdıqları üçün son nəfəsimə qədər minnətdar olacam... İllər ötdükcə bu ləzzət dolu məclislərin ruhumda o qədər böyük təsiri oldu ki, izah etmək mümkün deyil... 

Bu günlərdə isə bizim üçün məscidimizin dəyəri həmişəkindən daha çox idi, çünki atamızı öz Məşuqu ilə görüşə məhz o məsciddən yola salmışdıq. Hər ora getdiyimdə sanki divarlardan hələ də onun səsi gəlirdi qulağıma, hər getdiyimdə atamın ətrini alırdım o məsciddən. Ora bir çoxumuz üçün təsəlli yeri idi, sığınacaq idi. Hər bir küncü xatirə dolu bu məkandan ayrılmaq bizlər üçün çox çətindir, amma məscidi özlərinə yuva bilən uşaqlarımız üçün hər kəsdən daha ağırdır. 

Yetimlər indi lap yurdsuz-yuvasız qaldı. Daşın, divarın, torpağın, o minbərin də sizin dalınızca ağladığına əminəm. Amma nə etmək olar ki, 20 ilin sonu da bu gün gəlib çatdı. İllərdir əziyyətimizi çəkən bütün "Məşədi Dadaş" uşaqlarına təşəkkür edirəm. Xudahafiz, bizə doğma olan Allah evi. Xahiş edirik, Qiyamətdə bizdən şikayət etmə. Sənin üçün çox darıxacağıq, əziz "Məşədi Dadaş" məscidi"-deyə o əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Britaniya arasında dron istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub
19:39 26.08.2025
Ukrayna və Britaniya arasında dron istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub
İtaliya klubu Nemanya Matiçin transferini açıqlayıb
19:27 26.08.2025
İtaliya klubu Nemanya Matiçin transferini açıqlayıb
Cənubi Koreya ABŞ-dən 103 təyyarə alacaq
19:14 26.08.2025
Cənubi Koreya ABŞ-dən 103 təyyarə alacaq
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
18:56 26.08.2025
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır