“Qarşıdan gələn prezident seçkiləri ilə bağlı Azərbaycan seçicilərinin aydın və prinspial mövqeyi var. Seçkilərdə xalqımız Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə etimad göstərəcək və səs verəcək”.
Bu sözləri Milli Məclisin deputatı Hacı Salayev söyləyib. Onun sözlərinə görə, bunu bütövlüklə ölkə başçısının bütün xalqımızın rifahı naminə yorulmaz fəaliyyəti şərtləndirir:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət, ölkədə aparılan iqtisadi və sosial islahatlar, müxtəlif səpkili və təyinatlı infrastruktur layihələrin uğurla həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yaxşılaşmasına səbəb olur, Azərbaycan iqtisadiyyatı öz uğurlu inkişafını hər zaman davam etdirir, ölkəmizin tərəqqisi durmadan artır. Bütün bunlar isə öz növbəsində Prezident İlham Əliyevin bütün xalqımızın firavan yaşaması üçün uğurlu siyasətinin, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursa və inkişaf strategiyasına əbədi sədaqətin bariz nümunəsidir. Görülən işlərlə yanaşı regionlarımızın da ahəngdar sosial-iqtisadi inkişafı, sosial problemlərin həllinə yönəlmiş kütləvi tədbirlər, qeyri-neft sektorunun surətli inkişafı, sahibkarlığa dəstək, ümumilikdə isə gündəlik həyatımızın bütün sahələrinə göstərilən diqqət və qayğı hər birimizə yaxşı məlumdur. Bildiyiniz kimi, Milli Məclisin deputatı olaraq mən 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsində yaşayan insanları Parlamentdə təmsil edirəm. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən görülən işlər Sumqayıt şəhərini, habelə Abşeron rayonun kənd və qəsəbələrini də yan keçməmiş, göülmüş işlər isə seçici bazasını təşkil edən bütünsakinlər tərəfindən böyük sevinclə qarşılanır və tam dəstəklənir. Bakı şəhərinin ətraf qəsəbələrinin inkişafının təmin edilməsi, burada yaşayan əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması məsələsi də heç vaxt diqqətdən kənarda qalmır. Məsələn 04 may 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, habelə bu mühüm Proqramdan istər əvvəl, istərsə də sonrakı dövrərzində imzalanan digər vacib sənədlər Bakı şəhərinin və onun ətraf qəsəbələrinin inkişafına böyük təkan verib.
Dövlət başçısının uğurlu xarici siyasəti ölkəmizi dünya dövlətlərinin hesablaşdığı, regionun isə lider dövlətinə çevirib. Artıq Azərbaycan dünya səviyyəli siyasi, iqtisadi, elmi, idman və musiqi tədbirlərinə ev sahibliyi edir. “Eurovision-2012” mahnı müsabiqəsinin, digər mötəbər beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirilməsi, nəhayət ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi şübhəsiz ki, ölkəmizin böyük nüfuzundan xəbər verir”
Hacı Salayevin sözlərinə görə, cənab Prezidentin regionlarda vətəndaşlarla görüşləri, uğurlu gələcəyə istiqamətlənmiş nikbin mövqeyi və əhalinin dövlət başçısına göstərdiyi böyük və prinspial dəstək seçkilərinin nəticələri ilə bağlı real mənzərəni ortaya qoyur: “Xalqın öz prezidentinə olan sevgisi və dəstəyi heç də təsadüf deyil. Çünki vətəndaşlar dövlət başçısının rəhbərliyi iləölkəmizdə görülən bütün işlərin nəticələrini öz gündəlik həyatında hiss edirlər. Bu mənada tam məsuliyyətlə demək olar ki, seçkilərin qalibi məlumdur və bu qalib seçkilərdə hamımız tərəfindən dəstəklənəcək cənab İlham Əliyevdir”.
AZXEBER.COM