Hacıbala Abutalıbov ingiliscə danışır - VİDEO

MƏDƏNİYYƏT
14:35 18.01.2013
3546

Yanvarın 17-də İsveçin Malmö şəhərində “Eurovision 2013” ün püşkatma mərasimi keçiriləcək 

Əvvəlki illərdə olduğu kimi, bu il də iştirakçılar keçiriləcək püşkatmanın nəticələrinə əsasən, hansı Yarım Final qrupunda çıxış edəcəklərini biləcəklər. Mərasim yerli vaxtla saat 14:00-da Malmö şəhərinin “Old Siti” Zalında keçiriləcək.

Tədbirdə hər bir iştirakçı ölkə püşkatma ilə Yarım Final qruplarından birinə seçiləcək. Həmçinin, püşkatmada birbaşa finalda iştirak edəcək böyük beşlik(İtaliya, Fransa, Böyük Britaniya, Almaniya, İspaniya) və qalib ölkə İsveçin hansı birinci və ikinci yarımfinalda səs verəcəkləri məlum olacaq.

Mərasimdə həmçinin ənənəvi olaraq, “Eurovision” Mahnı Müsabiqəsinin simvolik açarı ev sahibinə təqdim edilib.

Qeyd edək ki, bu il ümumilikdə 39 ölkə “Eurovision 2013”-ə qatılacaq. Portuqaliya, Polşa, Slovakiya, Türkiyə, Çexiya, Lixtenşteyn, Yunanıstan, Kipr, Bosniya Herseqovina və Lüksemburq müsabiqədə iştirak etməkdən imtina ediblər. Onların əksəriyyəti yarışmadan çəkilməsinə səbəb kimi iqtisadi böhranı göstəriblər.AZXEBER.COM Hacıbala Abutalıbovun ingiliscə çıxışını təqdim edir. 

OXŞAR XƏBƏRLƏR