Hacıbala Abutalıbov Mikayıl Cabbarova qalib gəldi - Bir savaşın gözlənilməz sonu...

SOSİAL
18:07 19.10.2016
7959
Azərbaycanda fəaliyyət göstərən uşaq baxçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması barədə təklif qəbul edilməyib. Bu barədə hökumətə yaxın mənbədən məlum olub. 

Qaynağıımızın bildirdiyinə görə, uşaq baxçaları bundan sonra da icra hakimiyyəti orqanlarının nəzarətində qalacaq. 

Xatırladaq ki, uşaq baxçaları Təhsil Nazirliyinin nəzarətindən 2011-ci ildə çıxarılmışdı.

Əldə etdiyimiz məlumatda bildirilir ki, bundan iki il  sonra Mikayıl Cabbarov təhsil naziri təyin edilib. "Cabbarovun yeni vəzifəsində ilk niyyətlərindən biri uşaq baxçalarının yenidən Təhsil Nazirliyinin balansına qaytarmaq olub. Ümumiyyətlə, bu məsələdə hökumət daxilində kifayət qədər fikir ayrılığı var. Bir sıra millət vəkilləri, təhsil ekspertləri son bir ildə daha aktiv şəkildə uşaq baxçalarının icra hakimiyyətlərindən alınması təklifini irəli sürürlər. Hətta Ombudsmanın son hesabatında da bu təklif açıq şəkildə səsləndirilmişdi”, - deyə başqa bir məlumatlı mənbədən saytımıza daxil olan informasiyada qeyd olunur. 

"Fakt budur ki, xüsusilə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH – red.) başçısı Hacıbala Abutalıbovla təhsil naziri Mikayıl Cabbarov arasında uzun müddətdir uşaq baxçaları ilə bağlı ciddi mübarizə gedirdi. Paytaxt meri Bakıdakı uşaq baxçalarını əlində saxlamaq üçün var gücü ilə dirəşir”, - deyə mənbəmiz əlavə edib.

Hökumətə yaxın qaynağın deməsindən isə belə məlum olur ki, sözügedən savaş Bakı merinin qələbəsi, təhsil nazirinin isə məğlubiyyəti ilə yekunlaşıb. Uşaq baxçalarının icra hakimiyyətlərinin tabeliyində qalmasının daha doğru ola biləcəyi yönündə hökumət içində verilən qərarı başqa cür dəyərləndirmək mümkün deyil. 

Bu məlum mübarizənin həm də gözlənilməz sonluqla bitməsini söyləmək üçün əsas yaradır. Çünki son bir ildə hakimiyyətə yaxın çox sayda şəxsin uşaq baxçalarının icra hakimiyyətlərinin nəzarətindən çıxarılması yönündə təklifi dəstəkləməsi Mikayıl Cabbarovun çoxdankı arzusunu reallaşdırmaq üzrə olduğu görüntüsü yaradırdı. Amma proses fərqli nəticələndi.  

Onu da deyək ki, uşaq baxçalarının istər Təhsil Nazirliyinin, istərsə də icra hakimiyyəti orqanlarının tabeliyində olmasını doğru saymayanlar da var. Onların fikrincə, baxçaları idarə etmək üçün dövlət tərəfindən xüsusi struktur  yaradılmalıdır. "Çünki onlar sosial əhəmiyyət daşıyan obyektlərdir. Baxçalar icra hakimiyyəti orqanlarına verildikdən sonra, orada uşaqların  təhsilinə nəzarət olunmur, yalnız qida ilə təmin edilirlər. Baxçalar Təhsil Nazirliyinin tabeliyində olarkən də problemlər kifayət qədər idi və həlli istiqamətində addıçmlar atılmırdı. Bütün bunları nəzərə aldıqda, uşaqların məktəbəqədər təhsilinin kamilləşdirilməsi üçün yeni strukturun yaradılması vacibdir”, - deyə bəzi mütəxəssislər vurğulayırlar. 

///Qaynarinfo.Az-

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb