Hacıbala Abutalıbov yeni vəzifədə bu işləri görəcək

Hacıbala Abutalıbov yeni vəzifədə bu işləri görəcək
SOSİAL
11:35 26.04.2018
2842
Bakının "Sovetski” adlanan ərazisində aparılan söküntülərə bundan sonra Baş nazirin müavini Hacıbala Abutalıbov nəzarət edəcək.

AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, Abid Şərifovun gördüyü işi bundan sonra Hacıbala Abutalıbov davam etdirəcək. Belə ki, Baş nazirin yeni müavini olan H.Abutalıbova A.Şərifovun işləri həvalə olunub. BŞİH-in rəhbəri "Sovetski”dəki söküntü-tikinti işlərinə də cavabdeh olacaq.

Məlumata görə, artıq ərazidə yaşayan sakinlər köçürülmə ilə bağlı məlumatlandırılıblar. Gələn ayın əvvəlindən "Sovetski”də köçürülmənin növbəti mərhələsinə başlanılacaq.

Bu mərhələdə 2500-ə qədər evin sökülməsi nəzərdə tutulur. Sakinlərə bildirilib ki, hər hansısa şikayətləri ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə və H.Abutalıbova müraciət etməlidirlər.
OXŞAR XƏBƏRLƏR