Hacıbala Abutalıbovun bağlatdırdığı "26-lar" kafesi yenidən açılır

Hacıbala Abutalıbovun bağlatdırdığı "26-lar" kafesi yenidən açılır
SOSİAL
22:45 24.11.2018
4381
Təxminən bir il əvvəl Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş kafe yeni adla fəaliyyətə başlayacaq.

"26-lar" kafesi "13" adı ilə fəaliyyətə hazırlaşır. Belə ki, artıq kafenin üzərində 13 rəqəmini simvolizə edən lövhə vurulub. Yaxında fəaliyyətə başlayacağını əks etdirən şəffaf örtük çəkilib.

Qeyd edək ki, təxminən 1 il əvvəl Yazıçılar Birliyinin inzibati binasında yerləşən başıbəlalı kafe sovet rejiminin "fədailəri" hesab edilən "26 Bakı komissarının" "şərəfinə" adlandırılması ittihamı ilə bağlanmışdı. Hətta kafenin o zamankı sahibi saxlanılmış, məsələyə Bakı Şəhər İcra Hakimiyyəti səviyyəsində müdaxilə edilmişdi. (hafta.az)
OXŞAR XƏBƏRLƏR