Hacıbəy Heydərli ATƏT-in tədbirində: Ermənistan sülh istəmir, yeni təxribata hazırlaşır

Hacıbəy Heydərli ATƏT-in tədbirində: Ermənistan sülh istəmir, yeni təxribata hazırlaşır
SİYASƏT
09:24 18.03.2025
555
"Düşünürəm ki, münaqişə dövrləri ilə bağlı Azərbaycan mətbuatının və Azərbaycan jurnalistlərinin çox böyük təcrübəsi var. Belə ki, Azərbaycan son 35 ildə Ermənistan ilə münaqişə və müharibə dövründə olub. Bu illər ərzində ölkəmizə qarşı informasiya müharibəsi aparılıb. Xüsusən, Birinci və İkinci Qarabağ müharibəsi illərində xarici mətbuatda Azərbaycan ilə bağlı yalan xəbər və dezinformasiyalar yayılıb”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxeber Media Qrupun baş redaktoru rəhbəri Hacıbəy Heydərli ATƏT-in "Münaqişə və humanitar böhranlar dövründə medianın rolu” mövzusunda Avstriyanın paytaxtı Vyanada keçirilən konfransında çıxışı zamanı deyib.

Hacıbəy Heydərli qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Azərbaycana qarşı dezinformasiyaların qarşısını Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr alıb: 

"İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan cəbhədə olduğu kimi informasiya müharibəsində də Ermənistana çox ağır zərbələr vurdu. 

Azərbaycan prezidenti İlham Əliyev 44 günlük müharibədə dünyanın nüfuzlu media qurumlarına 31 müsahibə verdi. Prezident Əliyev həm Azərbaycan, həm türk, həm rus, həm də ingilis dilindəki müsahibələri ilə müharibə ilə bağlı həqiqətləri söylədi, Azərbaycana qarşı dezinformasiya və feyk nyusların qarşısını aldı.

Müharibədən sonrakı dövrdə Azərbaycana qarşı dezinformasiya kampaniyası yeni mərhələyə qədəm qoydu. Azərbaycanlı eko fəalların Şuşa - Xankəndi yolundakı dinc aksiyasını Ermənistan və bəzi Qərb mətbu orqanları başqa cür təqdim etdilər. Onların iddiasına görə Xankəndidə yaşayan ermənilər etnik təmizləməyə məruz qalırdılar. Əslində isə bu kökündən yalan məlumatlar idi. Həmin yol humanitar məqsədlər və dinc əhali üçün açıq idi.
Azərbaycan və dünya mediası oradan hər saat canlı reportajlar yayımlayırdı. Mən özüm də bunun canlı şahidi olmuşdum.

Baş redaktor qeyd edib ki, bu gün də Azərbaycana qarşı bəzi xarici KİV-lərdə kampaniya aparılır: 

"Təəssüf ki, Azərbaycana qarşı dezinformasiya kampaniyası bu gün də davam edir. Ermənistan tərəfi yalan xəbərlərlə dünya ictimaiyyətini aldatmağa çalışır. Azərbaycanla ilə Ermənistanın sülh danışıqları getdiyi bir anda Ermənistan son günlər yenə də sərhəddə yeni münaqişə yaratmağa çalışır. Onlar son bir neçə gündə dəfələrlə Azərbaycanın mövqelərini atəşə tutub. Bu da onu göstərir ki, Ermənistan  sülh istəmir və təxribatlarına davam edir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək