Hacıbəy Heydərli: "7 fevral növbədənkənar prezident seçkiləri bu baxımdan Azərbaycan tarixində bir ilk olacaq"

Hacıbəy Heydərli: "7 fevral növbədənkənar prezident seçkiləri bu baxımdan Azərbaycan tarixində bir ilk olacaq"
SİYASƏT
14:02 07.12.2023
827
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli növbədənkənar seçkiləri tarixi hadisə adlandırıb:

Düşünürəm ki, 7 fevral növbədənkənar seçkiləri Azərbaycan tarixinin ən önəmli seçkiləri olacaq. Çünki Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə vətəndaşı kimi seçkilərdə iştirak edəcək. Prezident seçkiləri, ilk dəfədir ki, müstəqil Azərbaycanın bütün ərazilərində, kənd və şəhərlərində keçiriləcək. 

Hacıbəy Heydərli deyib ki, Azərbaycan son 5 ildə tarixi zəfərlər qazanıb:

Prezident İlham Əliyev 2018-ci il inaqurasiya çıxışı zamanı bəyan etmişdi ki, Azərbaycan öz ərazilərində qorndarma rejimin olması ilə, torpaqlarımızım işğal altında qalması ilə barışmayacaq.
2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ildir düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edildi, 2023-cü ildə lokal antiterror əməliyyatları nəticəsində isə ölkənin suverenliyi tam təmin olundu, qondarma rejim gorbagor oldu. Xankəndində hərbi parad keçirildi, Azərbaycan müharibədə tam qalib gələn ölkə kimi adını tarixə yazdırdı. 

Azərbaycan tarixi zəfər qazanmaqla yanaşı dünyada baş verən proseslərdə də aparıcı rola malik olduğunu sübut etdi. Koronavirus pandemiyası zamanı Prezident İlham Əliyev dünya lideri kimi proseslərin önündə idi. Bununla yanaşı istər Rusiya - Ukrayna müharibəsində, istər İsrail - Həmas müharibəsində Azərbaycanın mövqeyi, müstəqil xarici siyasəti dünya ölkələrinə nümunə ola bilər.

Baş redaktor qeyd edib ki, Azərbaycan xalqı 7 fevral günü də düzgün qərar verəcək:

"7 fevral - milli həmrəyliyin daha bir təntənəsi olacaq və bütün dünya buna şahidlik edəcək! Azərbaycan xalqı yenə də inkişafa, sabitliyə, tərəqqiyə səs verəcək".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq