Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsində hərəkət tam məhdudlaşdırıldı

İQTİSADİYYAT
10:35 29.04.2013
1853
Bu gündən etibarən Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda asfalt-beton örtüyün salınması ilə əlaqədar 10-cu km-dən 40-cı km-ə qədər olan hissədə hərəkət 16 gün müddətinə tam məhdudlaşdırılıb.Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, sözügedən istiqamətdə hərəkət edən vətəndaşlar alternativ yol kimi Sabirabad-Surra-Padar, Kür körpüsündən keçməklə Sabirabad-Şirvan və digər yollardan istifadə edə bilərlər.

// APA

OXŞAR XƏBƏRLƏR