Hacıqabulda 17 yaşlı gənc bıçaqlandı

KRİMİNAL
16:43 30.08.2020
954

Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü Ataşov Cavad Mehdi oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və o, əməliyyata götürülüb.

Ona bədəninin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR