Hacıqabulda ağır qəza - 2 nəfər öldü

Hacıqabulda ağır qəza - 2 nəfər öldü
SOSİAL
15:03 10.11.2025
152
Hacıqabulda baş verən qəzada iki nəfər ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində baş verib.

"Hyunadi" və "VAZ 21011" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR