Hacıqabulda ağır qəza: Ölənlər və yaralananlar var

Hacıqabulda ağır qəza: Ölənlər və yaralananlar var
SOSİAL
09:58 08.09.2026
87
Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər 07:30-da Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Həsən Vəli oğlu Quliyev 90-MK-953 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Hadisə nəticəsində H.Quliyev və sərnişini Rahidə İmamverdi qızı Abdullayeva həlak olublar, avtomobildə olan dörd sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR