Hacıqabul rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən Bakı şəhəri, Əmircan qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elmir Yusif oğlu Ağamalıyevi vurub.
Piyada müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.