Hacıqabulda dəhşətli qəza: Xəsarət alanların adları AÇIQLANDI

Hacıqabulda dəhşətli qəza: Xəsarət alanların adları AÇIQLANDI
SOSİAL
15:21 21.04.2024
200
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub.

"Report”un məlumatına görə, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla səkkiz nəfərin müxtəlif dərəcəli xəsarətlər alıb:

Kürdəmir rayon sakinləri Gülşən Vəlican qızı Teyyublu (1994-cü il təvəllüdlü), Niyaz Məmmədşah oğlu Teyyubov (1966-cı il təvəllüdlü), Şəfqət Əli oğlu Teyyubov (1970-ci il təvəllüdlü), Niyazi Rais oğlu Teyyubov (2023-cü il təvəllüdlü);

Qobu qəsəbə sakinləri Nazilə Ramin qızı Cəbrayılova (2013-cü il təvəllüdlü), Yazgül Niyaz qızı Cəbrayılova (1994-cü il təvəllüdlü) və Qobu sakinləri, 2015-ci il təvəllüdlü Amin Ramin oğlu Cəbrayılov, 2023-cü il təvəllüdlü Bünyamin Ramin oğlu Cəbrayılov.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistral yolunun Hacıqabuldan keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR