Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var

Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var
SOSİAL
15:56 12.10.2025
212
Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qaras və Padar kəndlərindən keçən hissəsində baş verib.

"AzəriMed" QSC-yə məxsus "İsuzu” markalı avtomobil arxadan "KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə "İsuzu”-nun sürücüsü Bakı sakini, 1994-cü il təvəllüdlü Sadıqov Sadıq Vasif oğlu hadisə yerində ölüb. Sərnişin Goranboy sakini, 1987-ci il təvəllüdlü Asanov Aslan Mikayıl oğlu Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR