Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb

Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb
KRİMİNAL
14:30 16.10.2025
130
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini 38 yaşlı Ramik Quliyev saxlanılıb. 
 
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, ondan 2 kiloqramdan artıq narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb.
 
R.Quliyev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə pul müqabilində narkokuryerlik etdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs  barəsində həbs qətimkan təbiri seçilib.
OXŞAR XƏBƏRLƏR