Hacıqabulda qəza olub, sürücü ağır yaralanıb

HADİSƏ
23:29 23.02.2025
227
Hacıqabulda sürücünün ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində Ucar rayonunun Yuxarı Silyan kənd sakini, 1990-cı il təvəllüdlü Nuriyev Hilal Atamoğlan oğlunun idarə etdiyi "Ford Tranzit” markalı avtomobil yolların buz bağlaması səbəbilə sürüşərək TIR-a çırpılıb.

Nəticədə birincinin sürücüsü ağır vəziyyətdə hər iki ayağının sınıq diaqnozu və travmatik şok vəziyyətində Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR