Milli Məclisdə gənc ailələrin sosial müdafiəsi haqqında qanun layihəsi hazırlanır. AZXEBER.COM-un məlumatına görə, bu barədə parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.H.Rəcəbli qeyd edib ki, bu sənəd böyük maliyyə tutumu ilə yanaşı, mürəkkəb qanun layihəsidir. Onun sözlərinə görə, belə bir məsələ ilə əlaqədar mütəmadi olaraq həm millət vəkilləri, həm də vətəndaş cəmiyyəti təsisatları tərəfindən təkliflər səslənir. «Parlamentin Sosial siyasət komitəsi bu təklifləri nəzərə alaraq yeni qanun layihəsi üzərində işləyir. Ailə cəmiyyətin əsasını təşkil edir. Xüsusilə yeni nikaha girən gənc ailələrin bünövrəsi möhkəm təməllər üzərində qurulmalıdır. Bunun üçün bir sıra amillərlə yanaşı gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi də vacib şərtlərdən biridir. Layihədə imkansız gənc ailələrinin sosial problemlərinin həlli üçün güzəştli şərtlər nəzərdə tutulacaq»- deyə, komitə sədri vurğulayıb.