Hadı Rəcəblinin oxuduğu məktəb bərbad gündədir - Hər an uça bilər - FOTO

Hadı Rəcəblinin oxuduğu məktəb bərbad gündədir - Hər an uça bilər - FOTO
SOSİAL
11:24 12.02.2017
4897

Lənkəranın Veravul kəndindəki 2 saylı orta məktəb qəzalı vəziyyətdədir. Məktəb Əfqanıstanda hərbi xidmət borcunu yerinə yetirərkən həlak olmuş məzununun - Canəli Əzimovun adını daşıyır.

AZXEBER.COM AzadlıqRadiosunun məktəbdən hazırladığı reportajı təqdim edir:

"Hadı Rəcəbliyə də məktub yazmışıq"

Kənd sakini Tamara Əliyeva deyir, hər səhər evdən yola saldığı azyaşlı övladlarından nigaran qalır:

"Məktəb elə vəziyyətdədir, deyərsən, indi dağılar, bu saat dağılar... Deputat Hadı Rəcəbli də bu məktəbdə oxuyub. Ona da məktub yazmışıq. Hər yerə yazmışıq".

Sakinlər bildirirlər ki, Fövqəladə Hallar Nazirliyi məktəbin qəzalı olması barədə rəy verib. Ancaq hökumət hələ də tədbir görməyib.

Veravul doğumlu Əzizə Salmanova deyir:

"Özüm Bakıda yaşayıram. Bacımın uşaqları o məktəbdə ibtidai sinifdə oxuyur. Kənddə olanda uşaqları məktəbdən götürməyə getdim. Gözlərimə inanmadım. Maraqlandım, dedilər, bu binanı tikəndə ferma üçün nəzərdə tutublar. Sonradan nə fikirləşiblərsə, məktəb ediblər. Elə quruluşu da fermaya bənzəyir. Sınıq-salxaq partalar, çürümüş döşəmələr... Örtüyü bir küləyə bənddir ki, "uçub getsin". Sinif otaqları buz kimi... Dəhlizlərdə siçovullar qaçışır. Məktəb deyil, xəstəlik mənbəyidir. Uşaqlar da xəstəliklərə yoluxmağa həssasdılar".

Ferma kimi tikilib, məktəbə çevrilib?

Yağış yağanda, qar əriyəndə məktəb binasının qarşısında iri və dərin gölməçə əmələ gəlir. Məktəbə gələn və məktəbdən gedən uşaqlar həmin gölməçədən keçir, su ayaqqabılarına dolur, corablarına qədər yaş islnırlar.

 

Ötən əsrin ortalarında tikilən və ömrünü çoxdan başa vuran məktəb binasında 400-ə yaxın şagirdin təhsil aldığı bildirilir. Vəziyyətdən müəllimlər də narazıdır. Onlar da yeni məktəb binası üçün dəfələrlə müxtəlif qurumlara müraciət ediblər.

Sakinlərin sözlərinə görə, məktəbin bir hissəsi 5 il öncə çöküb. O zamandan yuxarı sinif şagirdlərinə yaxınlıqda yerləşən bələdiyyə binasında yer ayrılıb. Bina yeni olsa da, otaqlar kiçikdir deyə, tədrisə əlverişli deyil, şagirdlər oraya normal yerləşə bilmirlər.

"Sırası çatanda daha bir məktəb tikiləcək"

Kənddə 1 saylı orta məktəb də var. Yeni tikilib və təxminən 150 şagird oxuyur. Şagird tutumu az olduğundan, heç kəs övladını aparıb o məktəbə düzəldə bilmir.

Lənkəran Şəhər İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, 2012-ci ildə Nazirlər Kabinetinin xüsusi komissiyası kəndlərdəki 89 məktəbə baxış keçirib. 34 bina qəzalı kimi qeydiyyata alınıb. İndi bu qəzalı məktəblərin yerində yeniləri tikilir. Ancaq məktəblər növbəli qaydada inşa olunur. Veravuldakı 2 saylı tam orta məktəb də siyahıdadır:

"Orada bir məktəb tikilib istifadəyə verilib, növbəsi çatanda daha bir məktəb tikiləcək və 2 saylı məktəb söküləcək".

5 il öncə demişdilər ki...

Veravullularsa deyirlər ki, 5 il əvvəl onlara məktəb binasının 2013-cü ildə tikiləcəyini vəd ediblər. Hətta məktəbin yaxınlığında yeni məktəb binasının təməli də qazılıb. Sonradan onlara məlum olmayan səbəblərdən işlər yarımçıq qalıb.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub