Türkiyənin məşhur internet portalı "Onedio” eyni yaşda olan sənətçilərin görüntü baxımından müqayisəsini aparıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, sayt Türkiyədə yaşayan həmyerlimiz, müğənni Günel Zeynalovanı da öz siyahısına daxil edib. Onlar Güneli müğənni Hadisə ilə müqayisə ediblər. Portal 32 yaşında olan hər iki məşhur haqqında yazını yayımlayarkən Güneli "Kiçik şahzadə” adlandırıb:
"İkisi də 1985-ci ildə doğulub. Amma Günel neçə yaşında olursa-olsun, bizim üçün hələ də İbonun kəşf etdiyi kiçik şahzadədir. Lakin Hadisə ondan daha yaşlı görünür”.
