Türkiyəli aktyor Ahmed Kural Beşiktaş səmtində dostları ilə əylənərkən görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, film çəkilişlərindən dostlarına vaxt ayıra bilməyən aktyor özünü qınayıb:"Başım günlərlə çəkilişə qarışır, dostlarımı unuduram. Bu günümü onlar üçün ayırmışam".
Yaxın günlərdə "Çalgı Çengi-3" filmi ilə ekranlara çıxacağını qeyd edən A.Kural müğənni Hadisə ilə barəsində yayılan şayiələrə də aydınlıq gətirib:
"Hadisə ilə aramda bir şey yoxdur, olsaydı, xəbəriniz olardı".
Qeyd edək ki, sözügedən aktyorun Hadisə ilə sevgi yaşadığı deyilirdi.