Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra Tehran polisinin rəisi Hüseyn Rəhimi vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə İranın Tasnim xəbər agentliyi məlumat verib. O, SEPAH-ın polis komandiri Əhməd Rza Radan tərəfindən vəzifəsindən azad edilib. Əlborz polis rəisi Abbas Əli Muhammediyan Tehran Polis İdarəsinə, Rəhimi isə İqtisadi Təhlükəsizlik Polisinin rəisi təyin edilib. /// unikal.org