Sosial media hesabındakı paylaşımları ilə gündəmdə qalan türkiyəli müğənni Hadisə saçının rəngini dəyişmək üçün Belçikaya uçub.
AZXEBER.COM xəbər verir ki, hər gün yeni paylaşım edən Hadisə tez-tez xaricə səfər edir.
Hadisə bu dəfə Belçikaya yollanıb. Məşhur müğənninin Belçikaya səfəri hər kəsi təəccübləndirib.
Saçının rəngini dəyişmək istəyən müğənni Belçikaya saç ustasının yanına gedib.
Həmin anları sosial şəbəkədə paylaşan Hadisə, "Saçım üçün Belçikaya uçdum. Çünki bunu ən yaxın dostum kimi heç kim edə bilməz",- sözlərini yazıb.
Gülay