Belçikada yayımlanan bir çox radio kanalları Türkiyə və Suriyada zəlzələ qurbanları üçün ianə kampaniyası təşkil edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə Flamand dilində yayımlanan dövlət və özəl radio kanalları gün ərzində aralarında Hadisənin də olduğu 33 müğənninin ifasında "People Help The People” mahnısını səsləndirməyə başlayıb.
Ölkənin ən böyük media qrupları daxilindəki radiolar, zəlzələnin ilk ayında edilən anonslarla yardım təşkilatlarının yaratdığı '12-12' konsorsiumunun hesab məlumatlarını çatdıraraq köməyə çağırıb. Belçika radiolarında təşkil edilən ianə kampaniyasında Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün indiyədək 11,6 milyon avro toplanıb.
İanə kampaniyası tam sürətlə davam edir.
Gülay