Hadisə və Demet Akalın azərbaycanlı bəstəkardan mahnı istəyir
MAQAZİN
14:20 27.06.2013
1819
Türkiyəli müğənnilər Hadisə və Demet Akalın bəstəkar Gövhər Həsənzadədən mahnı istəyib.Axşam.az-ın məlumatına görə, bu barədə “Onlar” verilişinə açıqlamasında Gövhər xanımın özü bildirib.“Hadisə üçün mahnı hazırlamaq fikrimdə var idi. Məndən əvvəl özü dedi ki, Gövhər xanım mənə mahnı bəstələyin, işbirliyimiz daha da möhkəmlənsin. Mən də razılaşdım. İndi ona uyğun, gözəl bir bəstə hazırlamalıyam. Demet Akalına da mahnı yazacam. Hər iki bəstənin sözləri Günel Sərdarqızına aid olacaq”.