Ötən gün Gəncə şəhərində keçirilən mərhum prezident Heydər Əliyevin 91 illiyinə həsr olunmuş bayram konsertində iştirak edən Türkiyənin tanınmış müğənnisi Hadisə təəssüratlarını sosial şəbəkədə paylaşıb.
AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, ifaçı "İnstagram"səhifəsində Mustafa Ceceli ilə fotosunu paylaşıb və "Gəncə xalqına təşəkkür edirəm. Cox gözəl bir gecə idi" şərhini yazıb.