Hadisədən kökəlməsinə reaksiya: “Ürəyim istəyir yeyirəm”

Hadisədən kökəlməsinə reaksiya: “Ürəyim istəyir yeyirəm”
MAQAZİN
02:05 16.08.2016
1638

Kiprdə konsert verən məşhur türk müğənni Hadisə haqqında artıq çəkili olması ilə bağlı deyilənlərə cavab verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı öz çəkisindən razı olduğunu və özünü xoşbəxt hiss etdiyini deyib:

“Xoşbəxt olmasam nə səhnəyə çıxaram, nə də cəsur geyimlər geyinərəm. Ürəyim yemək istəyir, yeyirəm, idman istəyir, idman edirəm. Lazım olanda da arıqlayıram”.

Qeyd edək ki, müğənni bu yay daha çox bacısının Bodrumdakı çimərliyində səhnəyə çıxıb.

OXŞAR XƏBƏRLƏR