Bu dəfə Hadisənin sevgilisi ilə görüntüləndi - FOTOLAR

Bu dəfə Hadisənin sevgilisi ilə görüntüləndi - FOTOLAR
MAQAZİN
17:47 30.03.2022
635
Hande Erçel Hadisənin keçmiş sevgilisi Kaan Yıldırımla görüntülənib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, son zamanlar şəxsi həyatı ilə gündəm olan Hande Erçel məşhur müğənni Hadisənin keçmiş sevgilisi Kaan Yıldırımla görüntülənib.

Kərəm Bürsindən ayrıldıqdan sonra iş adamı Atasay Kamerlə münasibətdə olduğu iddia edilən məşhur aktrisa bu dəfə Kaan Yıldırımla Emirgandakı bir məkanda səhərə qədər əylənib.

Daha sonra eyni avtomobildə görüntülənən Erçel və Yıldırım körpünün girişində jurnalistlərə yaxalanıb. Onlar sualları cavablandırmaq istəmədiklərini bildirib.

Həmin görüntüləri təqdim edirik:

OXŞAR XƏBƏRLƏR