"Hadrutda qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb"

"Hadrutda qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb"
SİYASƏT
12:35 16.03.2021
396
"Biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq və azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Bu gün Bakıdan gələrkən, yenə də dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb".

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdıqdan sorna çıxış zamanı deyib.

"Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz. Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, - ermənilər orada qanunsuz yaşayıblar, - o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Bax, fərq bundadır. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür. Mən demişdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, bizim torpaqlarımızdan nə vaxt çıxır və biz müharibəni dayandırmağa hazırıq, bunu da etdik. Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Xocavənd bizimdir, Qarabağ Azərbaycandır!", - dövlət başçısı bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər