Hafiz Hacıyev seçkiyə hazırlaşır!

SİYASƏT
15:03 15.08.2013
1685

Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın namizədi Hafiz Hacıyevin Seçki Qərargahının toplantısı keçirilib.

MMP Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, toplantıda bir neçə gün əvvəl sənədləri MSK tərəfindən qəbul edilən partiyanın namizədininbundan sonra görüləcək işləri haqda müzakirələr aparılıb.

Toplantıda ilk öncə ötən həftəyə dair verilən tapşırıqlar barədə hesabatlar dinlənilib.Məlum olub ki,57 rayon təşkilatında seçki kompaniyasını apaacaq şəxslərin siyahıları artıq hazırdaı.

Keçən toplantıda 50 nəfərdən ibarət imzatoplayanların siyahısını təsdiq edən MMP Mərkəzi Seçki Qərargaahının üzvləri bütün respublikanı əhatə edəcək imzaların toplanmasında bu reqemin azlıq təşkil edəcəyini qeyd ediblər.Qərara alınıb ki imzatoplayanların sayı artırılsın.

Sonra regionlarda imzatoplayan şəxslərlə xüsusi mütəxəsislərin keçdiyi təlimlər haqda məlumat verilib.

Seçki qərargahının rəhbərliyinin və İşçi Qrupunun birgə məsləhəti ilə görüləcək müəyyən işlərin planlaşmasına yenidən baxmaq ,dairə və məntəqələrdə müşahidəçilərin yenidən dəqiqləşdirilməsinə ,məşvərətçi səs hüquqlu kamisiyya üzvlərinin siyahılarına yenidən baxılmasına qərar verilib.

Bundan sonra keçən toplantıda Seçki Qərargahının rəhbərinə namizədin seçicilərlə görüş qrafikinin hazır variantına baxış keçirilib.Hazırlanan görüş qrafik hələlik qənaətbəxş qəbul edilib.Nəzərə alınıb ki situasiyaya uyğun qrafikdə dəyişiklik etməyə hələlikehtiyac yoxdur.

Qeyd edək ki, Muasir Musavat Partiyası seçkiyə tam hazırdır


OXŞAR XƏBƏRLƏR