Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib

Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib
SOSİAL
13:50 24.02.2020
2569
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "oxu.az”a Hafiz Hacıyevin özü məlumat verib.

O bildirib ki, ürəyində problemlər var və bir neçə gündür xəstəxanadadır.

"Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm”, - deyə Hafiz Hacıyev söyləyib.

Xatırladaq ki, Hafiz Hacıyev Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizəd idi.
OXŞAR XƏBƏRLƏR