Hafiz Məmmədov İngiltərədə futbol klubu alır

Hafiz Məmmədov İngiltərədə futbol klubu alır
İDMAN
13:37 08.03.2014
1881

Fransada “Lans” futbol klubunun səhmlərini alan, “Bakı” nın prezidenti Hafiz Məmmədov İngiltərədə də klub alacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə “Stadium.az” saytına açıqlamasında Hafiz Məmmədov özü məlumat verib: “Düzdür, bizə təkliflər var və düşünürük ki, Almaniya və İtaliyadan öncə İngiltərədə futbol klubu alaq. Bizə təkliflər çoxdur, amma diqqət mərkəzində saxladığımız 3 klub var. Bunlar da “Lids”, “Çarlton” və “Şeffild Vednesday” klublarıdır.

Biz bunları nəzərdən keçirərkən klublardan hansının daha qədim tarixə xalik olmasını, azarkeşlərinin çox olmasını nəzərə alırıq. Bu baxımdan adını çəkdiyim 3 klubu fərqləndirmək olar. Variantları və imkanları dəyərləndirib bu üç komandadan birini almaq niyyətindəyik ”

OXŞAR XƏBƏRLƏR