Hailey Bieber qurucusu olduğu "Rhode Skin" kosmetika markasını 1 milyard dollara satıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, şirkətin yeni sahibi "Cosmetics" olub.
Şirkət artıq beynəlxalq genişlənməyə hazırlaşır. Məhsullar ilk olaraq bu ilin sonunda ABŞ və Kanadadakı "Sephora" mağazalarında satışa çıxarılacaq.
Hailey "Rhode"nin kreativ direktoru və innovasiyalar üzrə rəhbəri kimi fəaliyyət göstərməyə davam edəcək.
Aysel