Hakan Fidan ABŞ-yə səfər edəcək

Hakan Fidan ABŞ-yə səfər edəcək
DÜNYA
12:53 24.03.2025
440
Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 25-26-da Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edəcək.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat Xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, H.Fidanın ABŞ Dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşü planlaşdırılır.

Səfər çərçivəsində iki ölkə arasında əlaqələr, eləcə də Türkiyə Prezidentinin ABŞ-yə səfəri ilə bağlı müzakirələr aparılacaq.

Bundan əlavə, Ukrayna və Fələstindəki vəziyyət, eləcə də Suriyadakı hadisələr başda olmaqla, iki ölkəni maraqlandıran regional inkişaflar və bu kontekstdəki əməkdaşlıq imkanları qiymətləndiriləcək.
OXŞAR XƏBƏRLƏR