Hakan Fidan Brüsselə gedir - NATO iclası üçün

Hakan Fidan Brüsselə gedir - NATO iclası üçün
DÜNYA
13:26 02.12.2025
55
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Brüsseldəki NATO qərargahında keçiriləcək NATO xarici işlər nazirləri görüşündə iştirak edəcək.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, görüş zamanı Hakan Fidanın NATO-nun baş katibi Mark Rutte, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas, Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kos, Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares və bir neçə digər həmkarı ilə ikitərəfli görüşləri planlaşdırılır.

Qeyd edək ki, NATO xarici işlər nazirləri görüşü, ötən ilin iyun ayında keçirilən Haaqa Zirvə Toplantısının nəticələri və 7-8 iyul 2026-cı il tarixlərində Ankarada Türkiyənin ev sahibliyi edəcəyi NATO Zirvə Toplantısına hazırlıqlar barədə xarici işlər nazirləri arasında ilk fikir mübadiləsi üçün fürsət yaradacaq.
 
Gülay
OXŞAR XƏBƏRLƏR