Hakan Fidan: Daha böyük müharibələr ola bilər

Hakan Fidan: Daha böyük müharibələr ola bilər
DÜNYA
15:01 17.10.2023
193
Livana səfəri zamanı açıqlama verən Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlamalar verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu müharibədən daha böyük müharibələr çıxa bilər, tarixi sülh də yarana bilər:

"Müharibənin region ölkələrində, xüsusilə Livan, Misir və İordaniyada sabitliyin pozulmasına gətirib çıxaracaq şəkildə inkişafının qarşısını almaq üçün əlimizdən gələni edirik. Bu müharibədən daha böyük müharibələr çıxa da, tarixi sülh də yarana bilər. Uzun illərdir ki, hegemon güclərin bizə medianın gücü ilə bağlı problemin əsl mahiyyətini unutdurduğunun şahidi oluruq, buna son qoymağın vaxtı çatıb”, - deyə o açıqlamasında bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR