Hakan Fidan: “Gələn il Avropada enerji böhranı yarana bilər”

Hakan Fidan: “Gələn il Avropada enerji böhranı yarana bilər”
DÜNYA
15:02 31.07.2023
163
"Gələn il Avropada enerji böhranı yarana bilər”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 31-də Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq strateji əhəmiyyət daşıyır.

Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyinə töhfə verir: "Bizim bu sahədəki əməkdaşlığımız ancaq iki ölkəni maraqlandırmır. Bu, qlobal əhəmiyyətli məsələdir”.
OXŞAR XƏBƏRLƏR